“Təmiz ölkəm” aksiyası çərçivəsində regionlarda növbəti iməciliklər keçirilib
03 İyun 2024, 12:30
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyaları Xəzər dənizinin Lənkəran rayonu sahilində, Cəbrayıl rayonu Araz çayının sol sahilində, Zaqatala rayonu Micqar çayın kənarında, Tərtər rayonu Tərtər çayın sağ sahilində, Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində, Göygöl rayonu Hacıkənd meşəbəyliyində və Göyçay rayonu Qarabaqqal kəndində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra və bələdiyyələrin nümayəndələrinin iştirakı keçirilən aksiyalar çərçivəsində sözügedən ərazilərdən ümumilikdə 2983 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə daşınıb.
Hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühitin mühafizəsində bir olmağa, təbiətə məsuliyyətli yanaşmağa çağırırıq.