Dünya Velosiped Günü hər il iyunun 3-də qeyd olunur
03 İyun 2024, 12:05
2018-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən bu gün velosipedi sadə, sərfəli, etibarlı, təmiz və ekoloji cəhətdən davamlı nəqliyyat vasitəsi kimi təbliğ edir.
Bu günün qeyd edilməsində məqsəd sağlamlıq, rifah və davamlı inkişaf üçün velosipedden istifadənin təşviq edilməsidir. Velosiped mədəniyyətini təbliğ etmək üçün dünyada ictimai gəzintilər, təhsil proqramları və velosiped yarışları kimi müxtəlif tədbirlər və fəaliyyətlər təşkil olunur.