“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər davam edir
31 May 2024, 16:30
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə Cəlilabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.