225 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş məktəb simpoziumu keçirilib
29 May 2024, 14:05
Ətraf mühitin, ekosistemin qorunmasına, bu istiqamətdə davamlı inkişafa dəstək olmaq məqsədilə 225 saylı tam orta məktəbin 8-10-cu sinif şagirdləri müxtəlif mövzular seçərək araşdırma aparıblar.
Araşdırma müddətində şagirdlər əhali arasında sorğular keçirərək gəldikləri nəticəni təhlil edib, müxtəlif təkliflər hazırlayıblar.
Bu tədbir gənc nəslin ətraf mühitin mühafizəsində effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.