Xəbərlər

“Təmiz ölkəm” aksiyası çəçivəsində regionlarda növbəti iməcilik keçirilib

27 May 2024, 18:00

“Təmiz ölkəm” aksiyası çəçivəsində növbəti təmizlik aksiyaları Xəzər dənizinin Siyəzən, Lənkəran, Astara və Neftçala rayonu sahilində, İsmayıllı rayonu Qalınçaq, Oğuz rayonu Oğuz meşəbəyliyində, Tərtər çayın sağ sahilində, Füzuli rayonu Bala Bəhmənli kəndi və Yevlax şəhərində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Oğuz suvarma sistemləri idarəsinin, yerli icra və bələdiyyələrin nümayəndələrinin iştirakı keçirilən aksiyalar çərçivəsində sözügedən ərazilərdən ümumilikdə 3700 kiloqram tullantı toplanıb.

Aksiyada iştirak edən tərəfdaşlara təşəkkür edir və hər kəsi ətraf mühitin mühafizəsində bir olmağa, ona laqeyd münasibət bəsləməməyə və təbiətə məsuliyyətli yanaşmağa çağırırıq.