Xəbərlər

Dövlət Ekoloji Ekspertiza Agentliyinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbardarlıq və toplanış məşqi keçirilib.

27 May 2024, 11:05

 
Görüşün keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində kollektivin nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi, təşkilatçılığın və operativliyin artırılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi olub.

Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin əməkdaşlarının apardığı məşqdə həmçinin mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri, Agentlikdə yaradılmış mülki müdafiə qüvvələrinin fəaliyyət istiqamətləri müzakirə edilib, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, işçilərin fövqəladə hallarla bağlı praktiki bilikləri yoxlanılıb.

Eyni zamanda, əməkdaşların bu sahədə ilkin biliklərinin artırılması məqsədilə maarifləndirici təqdimat və əyani vəsaitlər nümayiş olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.