“Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda maarifləndirici tədbir keçirilib
24 May 2024, 16:00
Azərbaycan Dövlət İqtisad Universitetində Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər, Azərbaycanda iqlim dəyişmələrini yaradan təbii və antropogen mənbələr, həm qlobal, həm də regional səviyyədə iqlim dəyişmələrinin müxtəlif sektorlara təsiri, noyabr ayında Bakıda keçiriləcək COP29–la bağlı prioritet istiqamətlər üzrə hazırlıq işləri barədə iştirakçıların məlumatlandırılması olub.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən “COP29-Tərəflər Konfransı”, "İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycanın öhdəlikləri” mövzularında maraqlı təqdimatlar nümayiş olunub, eyni zamanda müəllim və tələbələrin iqlim dəyişikliyi ilə bağlı sualları cavablandırılıb.