Xəbərlər

Beynəlxalq Biomüxtəliflik Günündə su hövzəsinə balıq körpələri buraxılıb

22 May 2024, 17:40

 
22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının təbii artımına və bərpasına töhfə vermək məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Sınıqkörpü kanalına balıq körpələri buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis şöbəsinin, Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələrinin, tələbələrin və məktəblilərin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən çəkikimi balıq körpələri kanala buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.