“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə keçirilib
22 May 2024, 11:25
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ekokönüllülər iştirak edib.
Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 100-dən çox zeytun və şam ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.