Xəbərlər

Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür

22 May 2024, 10:00

 
Beynəlxalq Biomüxtəliflik Günü hər il 22 may tarixində qeyd edilir. Bu günün məqsədi yer kürəsində mövcud olan müxtəlif bitki, heyvan və mikroorqanizm növlərinin qorunması və biomüxtəlifliyin əhəmiyyətinə diqqət çəkməkdir.

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar insanlar arasında biomüxtəlifliyin qorunmasının vacibliyini artırmaq və gələcək nəsillərə daha sağlam və zəngin bir təbii mühit buraxmaq üçün müxtəlif tədbirlər təşkil edilir, təhsil proqramları keçirilir və biomüxtəlifliyin əhəmiyyəti barədə ictimaiyyət məlumatlandırılır.