Təmiz hövzələr
20 May 2024, 15:45
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından və Mingəçevir su anbarından ümumilikdə 1060 metr uzunluğunda 24 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
Aksiya çərçivəsində tədbirlər davam etdirilir.