“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyaları keçirilib
20 May 2024, 11:40
“Təmiz ölkəm” aksiyası çəçivəsində növbəti təmizlik aksiyaları Xəzər dənizinin Şüvəlan qəsəbəsi və Xaçmaz rayonu sahilində, Qarqarçayın Ağcabədi rayonundan keçən hissəsində, Mingəçevir su anbarının ətrafında və Samux rayonunda keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 5 saylı “Magistral Yolların İstismarı” MMC-nin, Ağcabədi Rayon Baytarlıq İdarəsinin, yerli icra və bələdiyyələrin nümayəndələrinin iştirakı keçirilən aksiyalar çərçivəsində sözügedən ərazilər ümumilikdə 1600 kiloqram tullantıdan təmizlənib.
Aksiyada iştirak edən tərəfdaşlara təşəkkür edir və hər kəsi ətraf mühitin mühafizəsində bir olmağa, ona laqeyd münasibət bəsləməməyə və təbiətə məsuliyyətli yanaşmağa çağırırıq.