Xəbərlər

“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər davam edir

17 May 2024, 10:35

 
Meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Beyləqan rayonunda, Altıağac Milli Parkında və Qarayazı Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

Təlimlərdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.