“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə AZAL növbəti dəfə işlənmiş batareyaları təhvil verərək dəstək olub
15 May 2024, 15:05
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Azərbaycan Hava Yollarından 10 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.