Xəbərlər

“Yüksəliş” müsabiqəsinin qalibi ETSN-in əməkdaşları ilə görüşüb

14 May 2024, 13:10

 
"Yüksəliş" müsabiqəsinin qalibi Əsəd Qurbanzadə öz bilik və bacarıqlarıyla əldə etdiyi uğurlardan və iş həyatındakı yüksəlişindən danışaraq öz tövsiyələrini Nazirliyin əməkdaşları ilə bölüşüb.

İnteraktiv formatda keçirilən tədbirdə Əsəd Qurbanzadənin müsabiqə barədə təəssüratları, mentorluq proqramı çərçivəsində gələcək planları dinlənilib, eyni zamanda idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsində “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.

Sonda qalib tərəfindən "Yüksəliş" müsabiqəsində iştirak etmək istəyən əməkdaşları maraqlandıran suallar cavablandırılıb, idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi, səmərəli müzakirələr aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.