Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Dekabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 164 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 72 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb. Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2013-cü il dekabrın 15-də 391 sm), Şirvanda 255 sm (2013-cü il dekabrın 15-də 253 sm), Salyanda 235 sm (2013-cü il dekabrın 15-də 180 sm), Bankədə 207 sm (2013-cü il dekabrın 15-də 210 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2013-cü il dekabrın 15-də 158 sm) təşkil edir.