279 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilib
01 May 2024, 10:36
Ətraf mühitin mühafizəsinin vacibliyini aşılamaq, ekoloji məsuliyyətli gənc nəslin yetişməsinə töhfə vermək məqsədilə 279 nömrəli tam orta məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Görüş çərçivəsində şagirdlərə tullantıların növlərinə uyğun təsnifatlaşdırılması, səmərəli idarə olunması, ölkəmizdə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkrar emala yararlı, o cümlədən bioloji parçalana bilən məhsulların istifadəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, şagirdlərin tullantılardan düzəltdikləri əl işləri diqqəti cəlb edib, uşaqlar interaktiv suallar verərək tədbiri daha maraqlı ediblər.
Tədbirin sonunda şagirlər arasında intellektual oyun keçirilib, 5 komandanın iştirak etdiyi yarışın yekununda qalib komandalar mükafatlandırılıb.