İctimai dinləmə keçiriləcək
29 Aprel 2024, 17:30
“Heyvanlarla məsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai dinləmə keçiriləcək.
3 may 2024-cü il tarixdə, saat 16:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunacaq tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarının və QHT nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulub.
- Əlaqələndirici şəxs: Bəhruz Seyidov 051-460-18-60
- E-poçt: behruz.seyidov@eco.gov.az
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (K.Kazımzadə küç. 100A)
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (K.Kazımzadə küç. 100A)
- Saat: 16:00