Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

28 Aprel 2024, 14:10

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Nazirliyin əməkdaşlarının, ekokönüllülərin, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrası, Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbə heyətinin iştirakı ilə ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.