“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir
27 Aprel 2024, 17:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasına Maliyyə Nazirliyi, Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin əməkdaşları da qoşulub.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsinin ümumilikdə 5 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.