Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

26 Aprel 2024, 16:40

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz və Sabunçu rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 2080 metr uzunluğunda 30 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

“Təmiz hövzələr” aksiyası çərçivəsində digər su hövzələrində də tədbirlər davam etdirilir.