“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağac əkərək təbiətə töhfə verilib
25 Aprel 2024, 17:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və könüllüləri, eləcə də ekokönüllülər qoşulub.
Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilərək yaşıllıqların sayının artırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verilib.