Xəbərlər

“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib

24 Aprel 2024, 12:30

 
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 1 və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə Astara və Qəbələ rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.