Qanunsuz ov edən şəxslər saxlanılıb
05 Dekabr 2014, 00:00
01-04 dekabr 2014-cü il tarixlərində Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
Sarısu Ovçuluq Təsərrüfatı ərazisində keçirilmiş reyd zamanı ov edən Saatlı rayonu Hacıqasımlı kənd sakini Elməddin Şirinov saxlanılıb və ondan 1 ov tüfəngi, 10 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1050 manat məbləğində cərimə və iddia tətbiq olunub.
Yevlax rayonunun Meyvəli qəsəbəsi ərazisində keçirilmiş reyd zamanı ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 10 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində isə ovla məşğul olan Tərtər şəhər sakini Kamil Nəcəfov və Ağdam rayonu Quzanlı kənd sakini Ramiz Əsgərov saxlanılaraq onlardan 1 ov tüfəngi, 3 patron və 3 ədəd ovlanmış qırqovul götürülüb. Akt və protokol tərtib olunaraq təqsirkar şəxslər barəsində ümumilikdə 2066 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.