Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Dekabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 145 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 12, Salyanda 10 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2013-cü il dekabrın 05-də 336 sm), Şirvanda 283 sm (2013-cü il dekabrın 05-də 180 sm), Salyanda 265 sm (2013-cü il dekabrın 05-də 130 sm), Bankədə 212 sm (2013-cü il dekabrın 05-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 157 sm (2013-cü il dekabrın 05-də 63 sm) təşkil edir.