Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 29 kq işlənmiş batareya təhvil alınıb

19 Aprel 2024, 11:00

 
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Yapı Kredi Bank Azərbaycan” və “Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar filialından ümumilikdə 29 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Layihə çərçivəsində 400-dən artıq məntəqədə təhvil qutuları yerləşdirilib.

Ətraf mühitə həssaslıqla yanaşaraq işlənmiş batareyaları təhvil verən bütün vətəndaşlara təşəkkür edirik.