Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib
18 Aprel 2024, 15:00
Milli Hidrometeorologiya Xidmətində Böyük Britaniyanın Cambridge Universitetinin Coğrafiya fakültəsinin doktorantı xanım Ainsley Trahan ilə görüş keçirilib.
“Qafqazda Transsərhəd Fəlakətlərin İdarə Edilməsi” mövzusunda tədqiqat aparan qonaqla görüşün məqsədi Azərbaycan və Gürcüstanda bu sahə üzrə aparılmış tədqiqatlar, təbii fəlakətlərin idarə olunması istiqamətində görülmüş işlərlə tanışlıq olub.
Qonağa tədqiq etdiyi istiqamətə uyğun olaraq ölkəmizdə hidrometeoroloji fəaliyyətin təşkili, eyni zamanda Xidmətin fəaliyyət istiqamətləri, hidrometeoroloji siyasət, iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemi, bu istiqamətdə Xidmətin gördüyü işlər, eləcə də noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə məlumatlar verilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan görüşdən sonra xanım Ainsley Trahan Xidmətin Situasiya Mərkəzində görülən işlərlə tanış olub, onu maraqlandıran suallar cavablandırılıb.