“Yer Günü” ilə əlaqədar Siyəzəndə ağacəkmə aksiyası keçirilib
17 Aprel 2024, 16:00
22 aprel “Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Siyəzən Rayon İcra Hakimiyyətinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı, QHT-lərin, Bakı Dövlət Universitetinin tələbələri və ekokönüllülərin iştirakı ilə Siyəzən rayonunda ağacəkmə aksiyası keçirilib.
Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qafqaz üçün Regional Ekoloji Mərkəz tərəfindən birgə icra olunan “Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində keçirilən tədbir zamanı ətraf mühitin mühafizəsi, yaşıllıq zonalarının bərpası və genişləndirilməsinin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrdən danışılıb, daha sonra ərazidə yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.
Qeyd edək ki, “Yer günü” ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir, hər kəsi ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.