Xəbərlər

15 aprel Ekoloji Bilik Günü ilə əlaqədar olaraq Saray qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri ilə maarifləndirici tədbir həyata keçirilib

16 Aprel 2024, 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Könüllülərinin “Yaşıl ASAN” proqramı və Saray qəsəbə 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılığı artırmaq, onların marağını bu sahəyə yönləndirmək məqsədilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə uşaqlar tullantılardan hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, eyni zamanda məktəbin həyətində ağaclar əkərək təbiətə töhfə veriblər.

Uşaqlara tullantıların çeşidlənməsini və düzgün idarə olunmasını öyrətmək məqsədilə məktəbin həyətində “Tullantıları tinglərə dəyiş” aksiyası da təşkil olunub.

Qeyd edək ki, şagirdlər ümumi tutumu 1950 litr olan plastik, 510 litr olan şüşə tullantı və 334 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif növ ağac tingləri, ekoçanta, ətraf mühit sahəsində dərsdənkənar vəsaitlər əldə ediblər.