Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 49 kq işlənmiş batareya təhvil alınıb

16 Aprel 2024, 12:05

 
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 3 mikrorayon dairəsində yerləşən “Spar”superstore, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall və 28 Mall filiallarından ümumilikdə 49 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.

Ətraf mühitə həssaslıqla yanaşaraq işlənmiş batareyaları təhvil verən bütün vətəndaşlara təşəkkür edirik.