"Yaşıl düşüncə" maarifləndirmə proqramı
15 Aprel 2024, 21:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 15 aprel “Ekoloji Bilik Günü” ilə əlaqədar gənc nəslin ekoloji şüurunun formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlara məsuliyyət hissini aşılamaq məqsədilə gənc, öyrənməyə həvəsli könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı" layihəsinə start verilir.
2 ay müddətində davam edəcək layihə çərçivəsində 17-25 yaş arası 100 nəfər gənc könüllüyə ətraf mühit sahəsində hər həftə müxtəlif mövzularda nəzəri və praktiki biliklər veriləcək.
Silsilə formatda keçiriləcək təlimlərin sonunda imtahan olacaq və imtahandan uğurla keçmiş şəxslər sertifikat və kiçik hədiyyələrlə təltif olunacaq.