Abşeron Milli Parkında növbəti veloyürüş keçirilib
15 Aprel 2024, 12:00
"Ecohiking" ekoturizm agentliyinin Abşeron Milli Parkının dəstəyi ilə "Avtomobildən en, bizə qoşul" adlı ekotur layihəsi Abşeron Milli Parkında növbəti veloyürüşlə davam edib.
Sağlam həyat tərzini aşılamaq, ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və ekoturizmi təbliğ etmək məqsədilə təşkil olunan veloyürüşdə iştirakçılar, ümumilikdə 12 km velosipedlə, 4 km isə piyada yürüş edib.

"Ekohiking" in "Avtomobildən en, bizə qoşul" adlı layihəsi davamlı olaraq ölkənin digər ekoturuzm marşrutlarını da əhatə edəcək.