Xəbərlər

Faktiki hava

12 Aprel 2024, 10:40

Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən xəbər verdiyi kimi aprelin 12-si saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub.

Əvvəlcədən xəbər verdiyi kimi , Lənkəran-Astara zonasında arabir leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlıda 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm olub.

Düşən yağıntının miqdarı Şəkidə 18 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub.

Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-də 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.