Xəbərlər

“Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi altında növbəti maarifləndirici görüş Biləsuvarda keçirilib

06 Aprel 2024, 17:35

Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Şagirdlərin fəal iştirak etdiyi görüşdə Nazirliyin əməkdaşları tərəfindən onlara kiçik yaşlarından ekoloji biliklərə sahib olmalarının vacibliyi, ətraf mühitin mühafizəsində uşaqların rolu, tullantıların düzgün çeşidlənməsi, təkrar emalın əhəmiyyəti, ölkəmizin zəngin biomüxtəlifliyi və s. mövzularda məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara ətraf mühit sahəsində müxtəlif dərsdənkənar vəsaitlər hədiyyə olunub.

Ətraf mühitin mühafizəsində göstərdikləri marağa və diqqətə görə məktəbin müəllim və şagird heyətinə təşəkkür edirik!