Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Dekabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 60-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-190 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 144 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə yağan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artması ilə əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda 34, Salyanda 35, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 33 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2013-cü il dekabrın 01-də 318 sm), Şirvanda 295 sm (2013-cü il dekabrın 01-də 155 sm), Salyanda 255 sm (2013-cü il dekabrın 01-də 125 sm), Bankədə 209 sm (2013-cü il dekabrın 01-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 173 sm (2013-cü il dekabrın 01-də 60 sm) təşkil edir.