Təmiz hövzələr
05 Aprel 2024, 12:35
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə yenidən start verilən "Təmiz hövzələr" aksiyası çərçivəsində sintetik torların yığılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, Araz çayından və Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir su anbarından ümumilikdə 2010 m uzunluğunda 39 ədəd sintetik tor aşkar edilərək götürülüb.