Xəbərlər

Lənkəranda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

03 Aprel 2024, 18:00

Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Lənkəran "ASAN xidmət" mərkəzinin qarşısında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 213 litr olan plastik, 351 litr şüşə tullantı təhvil verilib.

Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 250 ədəd ağac tingi paylanılıb.

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırırıq. 

Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.