Bu gün Göygöl Milli Parkının yaranması günüdür.
01 Aprel 2024, 10:05
Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.
Landşaft: Dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən
Rast gəlinən bitki növləri: Qarmaqvari şam, palıd, fıstıq, cökə, vələs, qarağac, qoz, fındıq, cır alma, cır armud, alça, yemişan, əzgil, şabalıd, qaraçöhrə, ardıc, itburnu, zirinc, qarağat, moruq, dağ çiyələyi, böyürtkən və s.
Rast gəlinən heyvan növləri: Qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, vaşaq, çöl pişiyi, sincab, dələ, oxlu kirpi, Qafqaz maralı, cüyür, bezoar keçisi, qaban, qartal, şahin, sar, yaşılbaş ördək, su sonası, dağ kəkliyi, tetra, çay balığı, qızılxallı balıq və s.
“Qırmızı Kitab”a daxil olan növlər: Bezoar keçisi, nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrrası, cırtdan qartalça, kütyarpaq püstə, Kox şamı, Qafqaz səhləbi, fırfır səhləb, paradoksal süsən, kiçik süsən və s.
Qeyd edək ki, Göygöl Milli Parkının yaradılması ilə bağlı bu gün milli parkda “açıq qapı” günüdür.