Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə aksiyaları davam edir

30 Mart 2024, 11:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Hesablama Palatasının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hesablama Palatasının əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqadab qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.