N.Mahmudov: ilin bu dövründə dolu və qar yağması xarakterik atmosfer hadisəsidir
31 Mart 2024, 14:10
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, martın 30-da ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə yağıntılar qısamüddətli leysan xarakteri daşıyıb.
Xidmətin rəisi Nazim Mahmudov bildirib ki, bəzi bölgələrə yaz fəsli üçün xarakterik olan dolu düşüb.
"Gəncə şəhərinə axşam saatlarında qısamüddətli leysan xarakterli yağışla bərabər diametri 8-10 mm, Daşkəsən rayonuna isə 13 mm olan dolu yağması müşahidə olunub.
Dağlıq ərazilərə isə qar yağıb.
Şahdağda 47 sm, Qrızda 5, Xınalıqda isə 3 sm hündürlüyündə qar yağması qeydə alınıb."
Xidmət rəsmisi çoxillik müşahidə məlumatları əsasında qeyd edib ki, mart ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində qısa zaman ərzində temperatur və təzyiq fərqləri yaranır, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olur ki, bu da ilin keçid dövrlərində qar, dolu ilə müşahidə edilən atmosfer hadisəsidir.
N.Mahmudov martın 31-i və aprelin 1-ə gözlənilən hava məlumatlarını da diqqətə çatdırıb:
"Əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında da hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin martın 31-i axşam və aprelin 01-i gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-18, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 8-13 dərəcə isti olacağı gözlənilir."