Sumqayıtda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
22 Mart 2024, 15:00
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıt şəhərində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda yerləşən “Bravo” supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 703 litr olan plastik, 263 litr olan şüşə tullantı və 193 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 200 ədəd ağac tingi paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırırıq.

Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.