Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Noyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 210-290 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 31 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 98 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 95 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda 22, Salyanda 13, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 44 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2013-cü il noyabrın 28-də 320 sm), Şirvanda 229 sm (2013-cü il noyabrın 28-də 166 sm), Salyanda 190 sm (2013-cü il noyabrın 28-də 135 sm), Bankədə 201 sm (2013-cü il noyabrın 28-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2013-cü il noyabrın 28-də 84 sm) təşkil edir.