Ətraf mühitin monitorinqi ilə bağlı maarifləndirici görüş keçirilib
19 Mart 2024, 17:00
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin təşəbbüsü ilə “Azərsun Holdinq” şirkətlər qrupunun əməkdaşlarının iştirakı ilə Holdinqin baş ofisində “Ətraf mühitin monitorinqi və onun əhəmiyyəti” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı iştirakçılara Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində keçirilən nəzarət tədbirləri, ekoloji monitorinqlər və onların əhəmiyyəti, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı qarşıda duran prioritetlər mövzusunda təqdimat nümayiş edilib.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı iştirakçılar məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.