Bakıda və Şamaxıda könüllülər üçün “Tullantıların idarə edilməsi” mövzusunda təlimlər keçirilib
19 Mart 2024, 14:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri üçün “Tullantıların idarə edilməsi” mövzusunda maarifləndirici təlimlər keçirilib.
Təlimlərdə tullantıların növləri, toplanaraq çeşidlənməsi və yenidən emalı, təkrar emalın faydaları, plastik və digər təbiətdə həll olmayan tullantıların yaratdığı fəsadlar və ekoloji sağlam əşyalardan istifadəyə təşviq etməklə bağlı ətraflı məlumat verilib, könüllülərin ekoloji maarifləndirmə işinə dəstək olmasının vacibliyi vurğulanıb.