Xəbərlər

“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib

18 Mart 2024, 14:40

Meşə yanğınlarının qarşısının alınması məqsədilə 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.



Training on "Fire safety" was held

In order to prevent forest fires, a training on "Fire safety" was held in Beylagan region with the participation of the employees of the Regional Forestry Center No. 9 and the State Fire Control Service of the Ministry of Emergency Situations

During the training, the importance of increasing the efficiency of preventive measures against fire incidents that may occur in forest and green areas, the importance of further expanding cooperation in the field of timely prevention of fires was discussed, and the methods of extinguishing fires were demonstrated.