Xəbərlər

Gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə növbəti tədbir keçirilmişdir

26 Noyabr 2014, 00:00

Respublikanın orta təhsil müəssisələrində təhsil alan şagirdlərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Layihə çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən gənclər arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə müxtəlif mövzularda mühazirələr oxunur.
Növbəti tədbir 26 noyabr 2014-cü il tarixində Sabunçu rayon 107 saylı orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilmişdir. Görüşdə 50-dən artıq şagird iştirak etmişdir.
Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və s. mövzularda geniş informasiya verilmiş, görülmüş işləri əks etdirən film nümayiş etdirilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.