Şagirdlər “Yaşıl dünya naminə həmrəylik ili”nə ağac əkərək öz töhfələrini verib
15 Mart 2024, 15:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, ekokönüllülərin, Bakı şəhəri 6 nömrəli məktəb-liseyin şagirdlərinin və müəllim heyətinin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Sevindiricidir ki, ağacəkmə aksiyaları artıq ənənə halını alıb və uşaqdan böyüyə hər kəs bu aksiyalara həvəslə qoşularaq yaşıllıqların sayının artırılmasına, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verir.