Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 Noyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində yağan yağışlar nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Belə ki, bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 36, Lənkərançay-Sifidorda 25, Vəşərüçay-Daştatükdə 30, Viləşçay-Şıxlarda isə 9 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 14, Salyanda 13, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 18 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm (2013-cü il noyabrın 24-də 331 sm), Şirvanda 159 sm (2013-cü il noyabrın 24-də 175 sm), Salyanda 123 sm (2013-cü il noyabrın 24-də 143 sm), Bankədə 201 sm (2013-cü il noyabrın 24-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2013-cü il noyabrın 24-də 95 sm) təşkil edir.