Xəbərlər

Qarölçmə işləri davam edir

11 Mart 2024, 10:45

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur. 
 
Aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 sm, Filizçay-Kasadağ marşrutunda 40-55 sm qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.
 
Qeyd edək ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.