Xəbərlər

Yasilgelecek.az saytı vasitəsilə ağac əkmək çox sadədir

06 Mart 2024, 16:00

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və ABB-nin birgə tərəfdaşlığı ilə ərsəyə gələn “Yaşıl Gələcək” layihəsi çərçivəsində bugünədək 3047 vətəndaş və tərəfdaş təşkilat adından 97557 ağac əkilib.

Ağacəkmə və yaşıllaşdırma işlərinə “Yaşıl Gələcək” platforması üzərindən dəstək olan, əlamətdar günlərində ağac əkərək təbiətə töhfə verən və ölkəmizə yaşıl gələcək bəxş edən hər kəsə təşəkkür edirik.

Qeyd edək ki, “Yaşıl Gələcək” platforması vətəndaşların yaşıllıqların artırılmasına töhfə verməsi və ağac əkməklə yaşıl gələcəyə gedən yolda mənalı izlər buraxmaq məqsədilə yaradılıb.

“Yaşıl Gələcək” saytı iki dildə-azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.



Planting trees is very simple through the platform Yasilgelecek.az

97557 trees have been planted so far on behalf of 3047 citizens and partner organizations within the framework of the "Green Future" (“Yaşıl Gələcək”) project launched with the cooperation of "Azerbaijan Greening and Landscape Establishment" and Bank ABB.

We would like to thank everyone who supported tree planting through the "Green Future" platform, contributed to nature and green transition to the future by planting trees on their significant days.

It should be noted that the "Green Future" platform was created in order to contribute to the increase of greenery and to leave meaningful traces on the way to a green future by planting trees.

"Green Future" plartform operates in two languages - Azerbaijani and English.